satellite   Azerspace-1: 11135 H 30000

İtaliya klubu dünya çempionu ilə müqavilənin müddətini uzatmaq istəyir

İtaliya klubu dünya çempionu ilə müqavilənin müddətini uzatmaq istəyir

İtaliyanın "Roma" klubu futbolçusu Paulo Dibalanın müqaviləsinin müddətini uzatmaq istəyir. 

 NTV  "Corriere dello Sport"a istinadən xəbər verir ki, yeni sözləşmənin 2028-ci ilin yayınadək nəzərdə tutulacağı gözlənilir. 

31 yaşlı hücumçu da paytaxt təmsilçisində qalmaq niyyətindədir. Tərəflər arasında ilk görüşün yaxın həftələrdə keçiriləcəyi planlaşdırılır. 

Qeyd edək ki, Paulo Dibalanın hazırkı müqaviləsi 2026-cı ilin yayınadək qüvvədədir. O, 2024/2025 mövsümündə bütün yarışlarda 36 matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Forvard 2022-ci ildə Argentina millisi ilə dünya çempionatının qalibi olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM