satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın U-21 millisinin üzvü: "Bolqarıstanla oyunda məqsəd qalib gəlmək idi"

Azərbaycanın U-21 millisinin üzvü: "Bolqarıstanla oyunda məqsəd qalib gəlmək idi"

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla oyunda məqsədi qalib gəlmək olub. 

Bu barədə U-21-in üzvü Şahin Şahniyarov NTV-yə açıqlama verib. 

20 yaşlı yarımmüdafiəçi heç-heçə (1:1) etdikləri matçla bağlı fikirlərini bölüşüb:

"Maraqlı oyun alındı. Rəqibi əvvəldən təhlil etmişdik. Güclü və zəif tərəflərini bilirdik. Həm də yaxşı hazırlaşmışdıq. Bu matçda məqsədimiz qalib gəlmək idi. Amma təəssüf ki, alınmadı. Qarşıdakı matçlara köklənəcəyik".

Əsas millidən U-21-in düşərgəsinə qoşulan oyunçu komanda yoldaşlarının ilk matçdakı məğlubiyyəti unutduqlarını söyləyib: 

"Portuqaliya ilə matçda (0:5) mən yox idim. Bolqarıstanla görüşdən bir gün əvvəl kollektivə qoşuldum. Cəmi bir məşq etmişdim. Həmin vaxt artıq hiss olunurdu ki, komanda yoldaşlarım məğlubiyyəti unudublar və bu qarşılaşmaya yaxşı kökləniblər".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM