satellite   Azerspace-1: 11135 H 30000

"Mançester Yunayted" qışda belçikalı müdafiəçini transfer etmək istəyir

"Mançester Yunayted" qışda belçikalı müdafiəçini transfer etmək istəyir

Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Zeno Debast karyerasını İngiltərədə davam etdirə bilər.

NTV  "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "Mançester Yunayted" 21 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir. 

Belçikalı oyunçunun 2026-cı ilin yanvarında "qırmızı şeytanlar"a keçmək ehtimalı var. "Arsenal" və "Aston Villa" da Debastla maraqlanır. 

Qeyd edək ki, onun "Sportinq"lə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM