satellite   Azerspace-1: 11135 H 30000

UEFA Avropa Liqasının favoriti açıqlanıb

UEFA Avropa Liqasının favoriti açıqlanıb

UEFA Avropa Liqasında 2025/2026 mövsümünün favoriti açıqlanıb.

NTV  xəbər verir ki, "Opta" superkompüteri turniri hansı klubun qazanacağını proqnozlaşdırıb.

Ən böyük şans İngiltərə təmsilçisi "Aston Villa"ya verilib. Premyer Liqa komandasında bu göstərici 21,6 faizdir. 

İtaliyanın "Roma" klubu (12,8 faiz) ikinci, İngiltərənin digər kollektivi "Nottingem Forest" (11,3) üçüncü pillədə qərarlaşıb. Ən az şans isə Niderlandın "Utrext" (0,5 faiz) və Xorvatiyanın "Dinamo" (Zaqreb) komandalarındadır.

Qeyd edək ki, turnirin final matçı 2026-cı il mayın 20-də Türkiyənin İstanbul şəhərindəki "Beşiktaş" stadionunda keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM