satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ"In rəqibinin baş məşqçisi avqust ayının ən yaxşısı seçilib

"Qarabağ"In rəqibinin baş məşqçisi avqust ayının ən yaxşısı seçilib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibi "Liverpul"un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşısı seçilib.

NTV xəbər verir ki, bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb.

Komanda onun rəhbərliyi altında avqustda "Bornmut", "Nyukasl" və "Arsenal"ı məğlub edib. Mütəxəssis bu mükafatı sonuncu dəfə 2024-cü ilin noyabrında qazanmışdı.

Qeyd edək ki, "Qarabağ" "Liverpul"la UEFA Çempionlar Liqasının VIII turunda İngiltərədə üz-üzə gələcək. Görüş saat 00:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM