satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanlı idmançılar MDB Oyunlarına qələbə ilə başladı - FOTOLAR

Naxçıvanlı idmançılar MDB Oyunlarına qələbə ilə başladı <font color=red> - FOTOLAR</font> Naxçıvanlı idmançılar MDB Oyunlarına qələbə ilə başladı <font color=red> - FOTOLAR</font> Naxçıvanlı idmançılar MDB Oyunlarına qələbə ilə başladı <font color=red> - FOTOLAR</font> Naxçıvanlı idmançılar MDB Oyunlarına qələbə ilə başladı <font color=red> - FOTOLAR</font> Naxçıvanlı idmançılar MDB Oyunlarına qələbə ilə başladı <font color=red> - FOTOLAR</font>

Naxçıvanlı idmançılar MDB Oyunlarına qələbə ilə başladı.

Sentyabrın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Gəncədə möhtəşəm açılış mərasimi ilə start götürən III MDB Oyunları davam edir.  

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən NTV-yə  verilən məlumata görə, MDB Oyunlarında Azərbaycanı təmsil edən idmançılar arasında Naxçıvanlı gənclər də var. Onlar ilk sınaqda uğur qazanıblar. .Belə ki, boks millimizin üzvü Haqverdi Həsənov 1/4 finalda Bahdan Şaşlikovu (Belarus) məğlub edərək (3:2) növbəti mərhələyə adlayıb. Yarımfinala çıxmaqla özü üçün azı bürünc medalı təmin edən boksçumuz oktyabrın 3-də finala çıxış uğrunda David Karababayevlə (Rusiya) görüşəcək. 

Haqverdi ilə yanaşı, Naxçıvandan 3 idmançı və 1 məşqçi ölkəmizi yarışlarda təmsil edir. Boks üzrə yığma komandamızda Turqay Abbasov, 15 yaşadək qızlardan ibarət Azərbaycan millisində isə voleybolçular Ülviyə Orucova, Kəmalə Mahmudlu və məşqçi qismində Pərvin Səfərli medallar uğrunda mübarizə aparırlar. Voleybol millimiz ilk oyununda Tacikistanı 3:0 hesabı ilə məğlub edib. 


Oktyabrın 8-dək davam edəcək III MDB Oyunlarında yarışlar 23 idman növü üzrə olmaqla, ölkəmizin 7 şəhərində ümumilikdə 12 idman məkanını əhatə edir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM