satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Kopenhagen"lə üz-üzə gələcək

Çempionlar Liqası: "Qarabağ" bu gün Bakıda "Kopenhagen"lə üz-üzə gələcək

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

NTV-nin  məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Bakıda Danimarkanın "Kopenhagen" klubu ilə üz-üzə gələcək.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:45-də start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Serdar Gözübüyük idarə edəcək.

Qeyd edək ki, "Qarabağ" I turda Portuqaliyada "Benfika"nı məğlub edib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" komandası ilə heç-heçə edib - 2:2.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM