satellite   Azerspace-1: 11135 H 30000

UEFA Çempionlar Liqası: "Qarabağ" əsas mərhələdə "Kopenhagen"i də məğlub edib

UEFA Çempionlar Liqası: "Qarabağ" əsas mərhələdə "Kopenhagen"i də məğlub edib

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirib.

NTV-nin məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv II turda Danimarkanın "Kopenhagen" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.

28-ci dəqiqədə Abdullah Zubir fərqlənib. 83-cü dəqiqədə Emmanuel Addai adını tabloya yazdırıb.

Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda Portuqaliyada "Benfika"ya qalib gəlib - 3:2. "Kopenhagen" isə evdə Almaniyanın "Bayer 04" klubu ilə heç-heçə edib - 2:2.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM