satellite   Azerspace-1: 11135 H 30000

Çexiya - Azərbaycan oyununun hakimləri açıqlanıb

Çexiya - Azərbaycan oyununun hakimləri açıqlanıb

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində keçiriləcək Çexiya - Azərbaycan oyununun təyinatları açıqlanıb.

NTV xəbər verir ki, qarşılaşma Şimali Makedoniyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Yovan Kaçevski idarə edəcək.

Ona Daniel Vasilevski ilə Aleksandar Georgieski kömək göstərəcək. Dördüncü hakim funksiyasını Krumislav Georgiev yerinə yetirəcək.

Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, saat 20:00-da Karvina şəhər stadionunda start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM