satellite   Azerspace-1: 11135 H 30000

Norveçli hakim ikinci dəfə Azərbaycan millisinin matçına təyinat alıb

Norveçli hakim ikinci dəfə Azərbaycan millisinin matçına təyinat alıb

Norveçli FIFA referisi Rohit Saqqi daha əvvəl də Azərbaycan millisinin matçına təyinat alıb.

NTV-nin  məlumatına görə, DÇ-2026-nın seçmə mərhələsində Fransa - Azərbaycan qarşılaşmasını idarə ədəcək 33 yaşlı hakim ikinci dəfə yığmanın oyununda iş başında olacaq.

O, 2024-cü ildə komandanın UEFA Millətlər Liqasında Slovakiya ilə Bakıda reallaşan görüşündə ədaləti qoruyub. Həmin qarşılaşmada qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

Bundan əlavə, Rohit Saqqi daha əvvəl "Neftçi" klubunun avrokubok matçına təyinat alıb. 2022-ci ildə Avstriyada yerli "Rapid" kollektivi ilə UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda norveçli hakim söz sahibi olub. "Ağ-qaralar" rəqibinə əlavə vaxtda iki cavab qolla uduzub.

Qeyd edək ki, oktyabrın 10-da Parisdəki "Park de Prens" stadionunda keçiriləcək Fransa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM