satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna - Azərbaycan oyununu avstriyalı hakimlər briqadası idarə edəcək

Ukrayna - Azərbaycan oyununu avstriyalı hakimlər briqadası idarə edəcək

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda yer alan Ukrayna - Azərbaycan oyununu avstriyalı hakimlər briqadası idarə edəcək.

NTV UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, oyunun baş hakimİ Sebastyan Qisxamer olacaq.

Yan hakimlər isə Roland Riedel və Santino Şraynerdir. Dördüncü hakim funksiyası Valter Altmanna, VAR sistemi isə Manuel Şüttengruber və Kristian-Petro Çokirkoya həvalə ediləcək.

Qeyd edək ki, Ukrayna - Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək.

Üç turdan sonra turnir cədvəli belədir: Fransa – 9, Ukrayna – 4, İslandiya – 3, Azərbaycan – 1 xal.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM