satellite   Azerspace-1: 11135 H 30000

“Real Madrid” "Bavariya"nın futbolçusu ilə maraqlanır

“Real Madrid” "Bavariya"nın futbolçusu ilə maraqlanır

Almaniyanın "Bavariya" komandasının futbolçusu Dayot Upamekano karyerasını İspaniyada davam etdirə bilər.

NTV xarici mətbuata istinadən xəbər verir ki, “Real Madrid” 26 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. “Kral klubu” fransalı oyunçu üçün 20 milyon avro ödəməyi planlaşdırır.

Onun “Bavariya” ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimidir.

Dayot Upamekano bu mövsüm Bundesliqada altı oyun keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM