satellite   Azerspace-1: 11135 H 30000

UEFA "Qarabağ"ın rəqibini cərimələyib

UEFA "Qarabağ"ın rəqibini cərimələyib

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində üz-üzə gələcəyi Almaniyanın "Ayntraxt" (Frankfurt) klubu cərimələnib.

NTV xəbər verir ki, bu barədə Avropa futbol qurumu qərar çıxarıb.

Buna Frankfurt təmsilçisinin evdə İngiltərənin "Liverpul" komandasına uduzduğu matçda yaşananlar səbəb olub.

Bundesliqa klubu ümumilikdə 39250 avro ödəməli olacaq. "Ayntraxt" sözügedən qarşılaşmada ictimai keçidlərin bağlanmasına görə 11000, pirotexniki vasitələrdən istifadəyə görə 10750, idman tədbirinə uyğun olmayan mesajların ötürülməsinə görə 17500 avro ziyana düşüb.

Qeyd edək ki, qarşılaşma Frankfurt klubunun 1:5 hesablı məğlubiyyəti ilə bitib. Almaniya komandası "Qarabağ"la 2026-cı il, yanvarın 21-də Bakıda üz-üzə gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM