satellite   Azerspace-1: 11135 H 30000

“Ayaks”ın iki futbolçusu “Qarabağ”a qarşı oynamaya bilər

“Ayaks”ın iki futbolçusu “Qarabağ”a qarşı oynamaya bilər

Niderlandın “Ayaks” komandasının futbolçusu Kennet Teylorun UEFA Çempionlar Liqasının liqa mərhələsinin VI turunda Bakıda “Qarabağ”a qarşı oynamağı sual altındadır.

NTV xəbər verir ki, bu barədə Amsterdam təmsilçisinin baş məşqçisi Fred Qrim məlumat verib. Onun sözlərinə görə, 23 yaşlı yarımmüdafiəçinin meydana çıxıb-çıxmamağı həkimlərin qərarından asılı olacaq.

K.Teylorla yanaşı, “Ayaks”ın aparıcı hücumçusu Vaut Veqhorst da sıradan çıxıb. "Fortuna" ilə görüşdə (3:1) zədə alan 33 yaşlı futbolçunun Ağdam klubuna qarşı oynayıb-oynamayacağı hələlik bəlli deyil.

Qeyd edək ki, dekabrın 10-da Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunacaq “Qarabağ” - “Ayaks” görüşü saat 21:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM