satellite   Azerspace-1: 11135 H 30000

Məhəmməd Salah “Liverpul”un heyətindən kənarlaşdırıla bilər

Məhəmməd Salah “Liverpul”un heyətindən kənarlaşdırıla bilər

İngiltərənin "Liverpul” komandasının futbolçusu Məhəmməd Salah Çempionlar Liqasının liqa mərhələsinin VI turunda "İnter"lə İtaliyada keçiriləcək oyunda heyətə salınmaya bilər.

NTV xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb misirli hücumçunun son 3 oyunda ehtiyatda qaldığı üçün baş məşqçi Arne Slot haqqında tənqidi fikirlər səsləndirməsidir.

Forvard mətbuat müsahibəsində niderlandlı mütəxəssislə münasibətlərinin əvvəllər yaxşı olduğunu, hazırda isə həmin münasibətdən əsər-əlamət qalmadığını söyləyib.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm "Liverpul"un heyətində 19 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM