satellite   Azerspace-1: 11135 H 30000

"Çelsi" Portuqaliya klubunun futbolçusunu heyətinə qata bilər

"Çelsi" Portuqaliya klubunun futbolçusunu heyətinə qata bilər

İngiltərənin "Çelsi" klubu Portuqaliya təmsilçisi "Sportinq"də çıxış edən Usman Dyomande ilə maraqlanır.

NTV "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "zadəganlar" qarşıdakı transfer dönəmlərindən birində 22 yaşlı mərkəz müdafiəçisini heyətinə qatmaq niyyətindədir.

İngiltərənin digər klubu "Kristal Pelas" da oyunçunu yaxından izləyir.

Fildişi Sahilindən olan futbolçu müqaviləsində bəndə əsasən 80 milyon avro qarşılığında "Sportinq"dən ayrıla bilər.

Qeyd edək ki, Usman Dyomande cari mövsüm "Sportinq"in heyətində 11 matçda meydanda olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM