satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə Superkubokunda ilk finalçı müəyyənləşib

Türkiyə Superkubokunda ilk finalçı müəyyənləşib

Futbol üzrə Türkiyə Superkubokunda ilk yarımfinal oyunu keçirilib.

NTV xəbər verir ki, "Qalatasaray" finala gedən yolda "Trabzonspor"la üz-üzə gəlib. Qaziantep Böyükşəhər Stadionunda təşkil edilən matçda rəqibini 4:1 hesabı ilə məğlub edən İstanbul klubu həlledici görüşə vəsiqə qazanıb.

"Qalatasaray"ın finaldakı rəqibi “Fənərbağça” - “Samsunspor” cütünün qalibi olacaq. Qarşılaşma yanvarın 6-da keçiriləcək.

Superkubok uğrunda final matçı isə yanvarın 10-da Atatürk Olimpiya Stadionunda oynanılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM