satellite   Azerspace-1: 11135 H 30000

Yurgen Klopp "Real Madrid"də işləmək istəyir

Yurgen Klopp "Real Madrid"də işləmək istəyir

Almaniyalı tanınmış mütəxəssis Yurgen Klopp İspaniyanın "Real Madrid" komandasında işləməyi ciddi şəkildə nəzərdən keçirir.

NTV xəbər verir ki, bu barədə insayder Florian Plettenberq məlumat verib.

Mənbənin sözlərinə görə, 58 yaşlı çalışdırıcı “Real Madrid”lə yanaşı, Almaniya millisinə də rəhbərlik etmək istəyir. O, Y.Kloppun Madrid klubundan gələcək təklifə hər zaman açıq olduğunu bildirib.

“Real Madrid” bir neçə gün əvvəl uğursuz nəticələrə görə Xabi Alonso ilə vidalaşıb. Komandaya hazırda Alvaro Arbeloa başçılıq edir.

İspaniya nəhəngi La Liqada 19 oyundan sonra 45 xalla ikinci yerdədir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM