satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” qışda yeni futbolçu transfer etmək istəyir

“Qarabağ” qışda yeni futbolçu transfer etmək istəyir

“Qarabağ” qış transfer pəncərəsində heyətinə yeni futbolçu cəlb etməyi düşünür.

NTV xəbər verir ki, bu barədə “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

"Heyətimizə yeni oyunçu transfer etmək ehtimalı var. Amma bu barədə dəqiq məlumat yoxdur", - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM