satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: "Qarabağ"dan çətin qələbə

Premyer Liqa: "Qarabağ"dan çətin qələbə

Futbol üzrə Misli Premyer Liqasında XX tura start verilib.

NTV xəbər verir ki, açılış oyununda “Qarabağ” “İmişli”nin qonağı olub. Quba Olimpiya İdman Kompleksinin stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0. Yeganə qolu 79-cu dəqiqədə Musa Qurbanlı vurub. "Qarabağ"ın heyətində Kadi Borges, "İmişli"də isə Diequ Almeyda qırmızı vərəqə ilə meydandan qovulublar.

Bu qələbədən sonra xallarını 45-ə çatdıran "Qarabağ" ikinci pillədə qalıb və lider "Sabah"la xal fərqini 1-ə endirib. İmişlinin eyniadlı klubu isə 19 xalla 9-cudur.

Günün son oyununda “Zirə” öz meydanında autsayder “Karvan-Yevlax”ı qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 17:00-da start götürəcək.

Qeyd edək ki, XX turun digər oyunları fevralın 15-16-da keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM