satellite   Azerspace-1: 11135 H 30000

PSJ-nin futbolçusu Usman Dembeledə zədə aşkarlanıb

PSJ-nin futbolçusu Usman Dembeledə zədə aşkarlanıb

PSJ Fransa Liqa 1-in XXIII turunda "Mets"lə oyun ərəfəsində futbolçusu Usman Dembelenin durumuna aydınlıq gətirib.

NTV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "Monako" ilə Çempionlar Liqasının pley-off mərhələsində keçirilən və 3:2 hesabı ilə başa çatan matçda əvəzlənən hücumçunun sol ayağının baldır nahiyəsində problem yaranıb.

O, yaxın günlərdə məşqlərini fərdi şəkildə davam etdirəcək.

Yarımmüdafiəçi Fabian Ruis isə məşəqlərini bərpa edib.

Qeyd edək ki, PSJ – "Mets" qarşılaşması fevralın 22-də, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM