NTV-nin məlumatına görə, San-Fransisko Bay Arena stadionunda keçirilən D qrupunun II turunun matçında "ay-ulduzlu"lar rəqibinə 0:1 hesabı ilə uduzublar.
2-ci dəqiqədə Matias Qalarsa uzaq məsafədən qapını dəqiq nişan alıb.
Qarşılaşmanın 45+3-cü dəqiqəsində Cənubi Amerika təmsilçisinin heyətində Miqel Almiron qeyri-etik ifadə işlətdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, qrupun digər oyununda ABŞ seçməsi Avstraliyaya 2:0 hesabı ilə qalib gəlib.
