satellite   Azerspace-1: 11135 H 30000

Ronaldinyo İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq

Ronaldinyo İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq

Braziliyanın əfsanəvi futbolçusu, “Qızıl top” mükafatı laureatı Ronaldinyo İtaliyanın “Ravenna” klubu ilə müqavilə imzalayacaq.

NTV xəbər verir ki, bu barədə klubun vitse-prezidenti Ariedo Braida ANSA agentliyinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Ronaldinyonun transferi yaxın günlərdə rəsmən təqdim olunacaq. Braida futbolçunun meydançaya çıxıb-çıxmayacağı barədə qəti fikir bildirməyərək bunun hələlik dəqiqləşmədiyini qeyd edib.

Transferin rəsmi təqdimatı iyunun 23-də Mayamidə keçiriləcək.

Qeyd edək ki, Ronaldinyo peşəkar futbolçu karyerasını 2018-ci ildə başa vurduğunu açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM