satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan" Rövlan Muradovu heyətinə qatıb

"Araz-Naxçıvan" Rövlan Muradovu heyətinə qatıb

"Araz-Naxçıvan" klubu növbəti futbolçu transferini reallaşdırıb.

NTV xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Rövlan Muradov yeni mövsümdə komandanın formasını geyinəcək. Yarımmüdafiəçi ilə klub arasında anlaşmanın müddəti 1 ildir.

"Qəbələ" klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya "Slaviya"sının B, "Qarabağ"ın U-19, "Qəbələ", "Sumqayıt" və "Zirə" komandalarının formasını geyinib. Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsiya Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM