"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb.
NTV xəbər verir ki, komanda mərkəz müdafiəçisi ilə yeni 1 illik müqavilə bağlayıb.
2026-cı ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan futbolçu bu müddət ərzində 19 oyunda meydana çıxıb və 3 qol vurub.
