İtaliyanın Milan və Kortina şəhərlərinin ev sahibliyi etdiyi XXV Qış Olimpiya Oyunları azarkeş marağına görə yeni rekord müəyyən edib.
NTV xəbər verir ki, bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, dördilliyin ən mötəbər qış idman yarışlarını dünya üzrə 2,6 milyard tamaşaçı izləyib.
Sorğuda iştirak edən respondentlərin 84 faizi Qış Olimpiya Oyunlarından məmnun qaldığını bildirib. Bu göstərici 2022-ci ildə keçirilən əvvəlki Qış Olimpiadası ilə müqayisədə 10 faiz yüksəkdir. Həmin vaxt iştirakçıların 74 faizi oyunları bəyəndiyini qeyd etmişdi.
