ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında bu gün 1/16 final mərhələsinin ikinci oyunu keçiriləcək.
NTV xəbər verir ki, mundialın favoritlərindən hesab olunan Braziliya millisi Yaponiya yığmasını sınağa çəkəcək. Hyuston şəhərindəki NRG stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Matçı italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.
Bu cütün qalibi 1/8 finalda Kot d`İvuar – Norveç duelinin güclüsü ilə qarşılaşacaq.
DÇ-2026-da 1/16 finalın növbəti oyunları iyunun 29-dan 30-na keçən gecə keçiriləcək. Bakı vaxtı ilə saat 00:30-da Almaniya Paraqvayla, 05:00-da Niderland Mərakeşlə üz-üzə gələcək.
Qeyd edək ki, dünya çempionatında ilk 1/8 finalçı Kanada millisi olub. Bu komanda 1/16 finalda Cənubi Afrika Respublikası yığmasına 1:0 hesabı ilə qalib gəlib.
