satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionatında növbəti sensasiya: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırıb

Dünya çempionatında növbəti sensasiya: Mərakeş millisi Niderlandı mundialdan kənarlaşdırıb

ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında növbəti sensasiya qeydə alınıb.

 NTV xəbər verir ki, 1/16 finalda Mərakeş millisi ilə qarşılaşan Niderland yığması məğlub olaraq mundialda mübarizəni dayandırıb.

Görüşün əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Avropa təmsilçisinin heyətində 72-ci dəqiqədə Kodi Qakpo, afrikalılardan isə 90+1-ci dəqiqədə İssa Diop fərqlənib.

Əlavə vaxtda tarazlıq pozulmadığından qalib penaltilər seriyasında müəyyənləşib. 11 metrlik cərimə zərbələrini daha dəqiq (3:2) yerinə yetirən Mərakeş millisi adını 1/8 finala yazdırıb. Bu komanda növbəti mərhələdə Fransa - İsveç cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl baş tutan oyunlarda Kanada Cənubi Afrika Respublikasına, Braziliya Yaponiyaya, Paraqvay isə Almaniyaya qalib gələrək 1/8 finala adlayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM