satellite   Azerspace-1: 11135 H 30000

Niderland millisi qatıldığı son üç dünya çempionatında yalnız penaltilər seriyasında uduzub

Niderland millisi qatıldığı son üç dünya çempionatında yalnız penaltilər seriyasında uduzub

Futbol üzrə Niderland millisi dünya çempionatlarında qeyri-adi statistikaya imza atıb.

NTV xəbər verir ki, "narıncılar" qatıldıqları son üç mundialın heç birində əsas və əlavə vaxtda uduzmayıblar.

Onların son üç turnirdəki bütün məğlubiyyətləri penaltilər seriyasına təsadüf edib.

Ronald Kumanın baş məşqçisi olduğu kollektiv bu gün DÇ-2026-nın 1/16 final mərhələsində Mərakeşlə bacarmayıb. Əsas və əlavə vaxt 1:1, penaltilər seriyası 2:3 hesabı ilə yekunlaşıb.

Yığma 2014-cü ildə yarımfinalda (0:0, p. - 2:4), 2022-ci ildə 1/4 finalda Argentiya (2:2, p. - 3:4) uduzub.

Komanda 2018-ci ildəki dünya çempionatına vəsiqə qazana bilməyib.

Bundan əlavə, Niderland millisi sonuncu dəfə dünya çempionatlarının əsas vaxtında 2006-cı ildə məğlubiyyət yaşayıb. Portuqaliya komandası həmin vaxt qələbə qazanıb - 1:0.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM