satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və İspaniyanın Paralimpiya komitələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan və İspaniyanın Paralimpiya komitələri arasında Əməkdaşlıq Memorandumu imzalanıb

Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) ilə İspaniya Paralimpiya Komitəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

AMPK-dan NTV-yə verilən məlumata görə, memorandum iki ölkənin paralimpiya komitələri arasında institusional əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və paraidmanın inkişafına yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi üçün əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Memoranduma əsasən, tərəflər paraidmanın idarə olunması sahəsində qabaqcıl təcrübələrin paylaşılması, idmançılar və məşqçilər üçün birgə təlim-məşq toplanışlarının, seminarların və təhsil proqramlarının təşkili, milli və beynəlxalq klassifikatorların hazırlanması və inkişafı, media, ictimaiyyətlə əlaqələr və marketinq sahələrində bilik mübadiləsinin aparılması, eləcə də paralimpiya hərəkatının milli və beynəlxalq səviyyədə təşviqi istiqamətində əməkdaşlıq edəcəklər.

Bildirilib ki, Milli Paralimpiya Komitəsi beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədilə beynəlxalq idman təşkilatları və milli paralimpiya qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM