satellite   Azerspace-1: 11135 H 30000

Ronaldo dünya çempionatlarında son oyununu keçirib

Ronaldo dünya çempionatlarında son oyununu keçirib

Kriştianu Ronaldo futbol üzrə dünya çempionatlarında son oyununu keçirib.

NTV xəbər verir ki, 41 yaşlı hücumçunun dünya çempionatlarında yekun oyunu Portuqaliya yığmasının İspaniya komandasına 0:1 hesabı ilə uduzduğu 1/8 final matçı olub.

İspanlarla görüşdən əvvəl Ronaldo 2026-cı il dünya çempionatının onun üçün sonuncu olacağını bildirib. Bununla yanaşı, o, milli komandada gələcək çıxışı ilə bağlı məsələni açıq saxlayıb.

Qeyd edək ki, karyerası ərzində portuqaliyalı dünya çempionatlarında 27 oyun keçirib ki, bu da hesabında 30 oyun olan Lionel Messidən sonra turnir tarixində ikinci nəticədir. Ronaldo dünya çempionatlarında 11 qol vurub.

Hücumçunun dünya çempionatlarında ən yaxşı nailiyyəti 2006-cı ildəki dördüncü yer olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM