satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb

Azərbaycanın UEFA reytinqindəki əmsalı daha da artıb.

NTV xəbər verir ki, bu, "Qarabağ" və "Zirə"nin avrokubokların I təsnifat mərhələsinin cavab oyununda qələbə qazanmaları sayəsində mümkün olub.

Ağdam təmsilçisi UEFA Avropa Liqasında İslandiyanın "Vestri", "qartallar" UEFA Konfrans Liqasında Gürcüstanın "Torpedo" komandasını üç cavabsız qolla üstələyib. Hər iki qarşılaşma səfərdə baş tutub.

Beləliklə, ölkənin cari mövsümdə qazandığı əmsal 1,500-ə çatıb. Azərbaycan (20,062) hazırda 26-cı pillədə qərarlaşıb. 25-ci yerdəki İsrailin 20,750, 27-ci mövqedəki Bolqarıstanın 18,562 əmsalı var.

Xatırladaq ki, UEFA reytinqində İngiltərə (101,852) liderdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM