satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ”ın Bakıdakı oyununun biletləri satışa çıxıb

“Qarabağ”ın Bakıdakı oyununun biletləri satışa çıxıb

UEFA Konfrans Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Dinamo Kiev” qarşılaşmasının Bakıdakı cavab oyunu üçün biletlər bu gün satışa çıxıb.

Klubdan NTV-yə verilən məlumata görə, biletlərin satışı saat 12:00-dan başlayıb.

Standart biletlərin qiyməti 5, 10, 15 və 20 AZN müəyyənləşdirilib. VIP sektorlar üçün biletlər 50, 75 və 100 AZN, VVIP sektor üçün isə 150 AZN təşkil edəcək.

Azarkeşlərin stadiona girişinə yalnız etibarlı QR kodu olan biletlə icazə veriləcək.

Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Dinamo Kiev” qarşılaşması saat 20:00-da başlayacaq. Komandalar arasında ilk oyun isə bu gün Polşanın Lublin şəhərində yerləşən "Lublin Arena"da keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM