Futbol üzrə Azərbaycan Premyer Liqasında 2026/2027-ci illər mövsümünün I turunun oyun cədvəli məlum olub.
Peşəkar Futbol Liqasından (PFL) NTV-yə verilən məlumata görə, turun matçları 4 günü əhatə edəcək.
Çempionlar Liqasında çıxış edən “Sabah” klubunun müraciətini, “Kəpəz”in razılıq məktubunu nəzərə alan PFL Azərbaycanın beynəlxalq arenada idman nüfuzunun uğurla təmsil olunmasını rəhbər tutaraq, həmin komandalar arasında baş tutacaq 1-ci və 2-ci dövrə oyunlarının yerini dəyişib.
