satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında Avropa çempionatına start verilib.

NTV xəbər verir ki, 43 ölkədən 406 idmançının qatıldığı yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü qələbə qazanıb.

Nəbi İsgəndərov (70 kq) startda Miloş Poqanoviçlə (Monteneqro) gücünü yoxlayıb. Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 4:1 (29:28, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə qalib gəlib. O, sentyabrın 19-da 1/8 finalda Fabian Tomkiçlə (Xorvatiya) döyüşəcək.

Seyid Seyidov (85 kq) da 1/16 final görüşünü xeyrinə bitirib. Təmsilçimiz İdris Leqanesi (Belçika) 4:1 (29:28, 27:30, 29:28, 30:27, 29:28) hesabı ilə məğlub edib. Milli üzvü sentyabrın 18-də 1/8 finalda ilk mərhələdən azad olan Adrian Rikardo (İspaniya) ilə münasibətinə aydınlıq gətirəcək.

Qeyd edək ki, Avropa çempionatının qaliblərinin adına sentyabrın 25-də aydınlıq gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM