satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

Milli Məclisdə "Keyfiyyətli qida sağlamlığa zəmanətdir" mövzusunda ictimai dinləmələr keçiriləcək.

NTV xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qurumun iclasında bildirib.

Onun sözlərinə görə, ictimai dinləmələr Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə təşkil olunacaq və artıq iş planına daxil edilib: "Bu, həm "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nın təbliği, qarşıda duran vəzifələrin əhaliyə çatdırılması baxımından çox vacibdir. Çünki bizim dinləmələrimizin əsas istiqaməti bilavasitə həmin məsələləri, onlardan irəli gələn vəzifələri və müddəaları təbliğ etməkdir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM