satellite   Azerspace-1: 11135 H 30000

Polina Rəhimova: Növbəti mərhələdə bizi daha güclü rəqib gözləyir

Polina Rəhimova: Növbəti mərhələdə bizi daha güclü rəqib gözləyir

Qələbə münasibətilə komandamı təbrik edirəm. Oyun bizim üçün bir qədər çətin keçdi. Xüsusilə servis və qəbul zamanı çoxlu səhvlərə yol verdik. Amma sona qədər mübarizə apardıq və qələbə qazandıq.

NTV  xəbər verir ki, bu sözləri “DH Volley” voleybol komandasının hücumçusu Polina Rəhimova CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyunundan sonra Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə müsahibəsində bildirib.

Voleybolçu növbəti mərhələdəki görüşlə bağlı gözləntilərini açıqlayıb: “Növbəti mərhələdə bizi Polşa komandası gözləyir. Budəfəki rəqibimiz daha güclü komandadır, lakin biz də zəif deyilik. İnşallah, onlara da qalib gələrik. Bu oyunda yol verdiyimiz səhvləri aradan qaldırmaq üçün məşqlərdə öz üzərimizdə daha çox işləməliyik. Yeni rəqibə qarşı fərqli taktika ilə oynamalıyıq. Çünki bu iki komanda arasında böyük fərq var”.

Polina Rəhimova azarkeşlərə göstərdikləri dəstəyə görə təşəkkür edib: “Bütün azarkeşlərimizə dəstəklərinə görə təşəkkür edirəm. Onları növbəti oyunlarımızda da bizə dəstək olmağa dəvət edirəm. Sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Bir daha komandamı təbrik edir, qarşıdakı oyunlarda uğurlar arzulayıram. Çox sağ olun”.

Qeyd edək ki, “DH Volley” CEV Çelenc Kubokunun 1/32 final mərhələsinin cavab oyununda Danimarkanın “Holte IF” klubunu 3:0 hesabı ilə məğlub edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM