UEFA Avropa Liqasının beşinci turunda antirekord qeydə alınıb

UEFA Avropa Liqasının beşinci turunda antirekord qeydə alınıb

Avstriyanın “Rapid” futbol klubu UEFA Avropa Liqası tarixində antirekorda imza atıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Vyana təmsilçisi turnirdə ən çox məğlub olan komanda olub.

“Rapid” son olaraq qrup mərhələsinin 5-ci turunda İngiltərədə “Arsenal”a 1:4 hesabı ilə uduzub. Bu komandanın turnirdəki 27-ci məğlubiyyəti olub.

Xatırladaq ki, bundan əvvəl bu antirekord Norveçin “Rusenborq” klubuna aid olub. Norveç klubu qitənin ikinci ən nüfuzlu turnirində 26 dəfə məğlub olub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM