"Araz Naxçıvan" komandası yeni arenada ilk məşqinə çıxıb - VİDEO

Xəbər verdiyimiz kimi, ötən həftə İdmanın inkişafına dair Dövlət  Proqramının  icrası çərçivəsində Uzunoba gölünün ətrafında Naxçıvan Futbol Federasiyası üçün inşa edilən təlim-məşq idman kompleksi istifadəyə verilib. Yeni mövsümə hazırlıqlarını davam etdirən "Araz Naxçıvan" komandası baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında yeni arenada ilk məşqini keçirib.

Naxçıvan televiziyasının əməkdaşları mövzu ilə bağlı videomaterial hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi həmin videomaterialı təqdim edir:

 

 

Rəmzi Tahirli

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM