satellite   Azerspace-1: 11135 H 30000

Həndbol üzrə Türkiyə millisinin kapitanı zəlzələdə ölüb

Həndbol üzrə Türkiyə millisinin kapitanı zəlzələdə ölüb

Həndbol üzrə Türkiyə millisinin kapitanı Cemal Kütahya baş vermiş zəlzələ nəticəsində həlak olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Türkiyə Həndbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Cemal Kütahya 5 yaşlı oğlu Çınar Kütahya ilə birlikdə Hataydakı evində dağıntılar altında qalaraq ölüb. O, “Hatay Büyükşehir Belediyesi Spor” klubunda çıxış edib.

Mərhumun dağıntılar altında qalan həyat yoldaşı və qayınanasının axtarışı isə davam etdirilir.

Qeyd edək ki, son məlumata görə, zəlzələ nəticəsində 31 643 nəfər ölüb, 80 278 nəfər isə yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM