satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan idmançılarından uğurlu debüt - FOTOLAR

Naxçıvan idmançılarından uğurlu debüt<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançılarından uğurlu debüt<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançılarından uğurlu debüt<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançılarından uğurlu debüt<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançılarından uğurlu debüt<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançılarından uğurlu debüt<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançılarından uğurlu debüt<font color=red> - FOTOLAR</font> Naxçıvan idmançılarından uğurlu debüt<font color=red> - FOTOLAR</font>

Türkiyənin İstanbul şəhərində Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO) tərəfindən  "VIII Turkish Open WAKO World Cup" turniri keçirilib.

Naxçıvan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan Kikboksinq Federasiyasının məşqçisi Etibar Qəribovun rəhbərliyi ilə muxtar respublikadan 3 idmançı Azərbaycan komandasının tərkibində yarışa qatılıb.

İnci Allahverdiyeva yeniyetmə qızların yarışında "low kick" versiyasında 60 kq çəki dərəcəsi üzrə 3 görüş keçirib. Yalnız final qarşılaşmasında məğlubiyyətlə üzləşən idmançımız gümüş medala layiq görülüb. Qənbər Nağıyev isə eyni versiya və çəkidə kişilər arasında bürünc medal qazanıb.  

Beləliklə, Azərbaycan komandasının idmançıları yarışda 13-ü qızıl, 16-sı gümüş və 22-si bürünc olmaqla, ümumilikdə 51 medal əldə edib. 

Qeyd edək ki, yarışa Türkiyə ilə yanaşı 35 ölkədən idmançılar qatılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM