satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan atletlərindən daha bir uğur - FOTOLAR

Naxçıvan atletlərindən daha bir uğur<font color=red> - FOTOLAR</font> Naxçıvan atletlərindən daha bir uğur<font color=red> - FOTOLAR</font> Naxçıvan atletlərindən daha bir uğur<font color=red> - FOTOLAR</font> Naxçıvan atletlərindən daha bir uğur<font color=red> - FOTOLAR</font> Naxçıvan atletlərindən daha bir uğur<font color=red> - FOTOLAR</font>

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə böyüklər arasında Azərbaycan çempionatı keçirilib. Yarışda paytaxtın müxtəlif klub və cəmiyyətlərinin təmsilçiləri ilə yanaşı, Gəncə, Naxçıvan, Astara, Bərdə, İsmayıllı və Xızı idmançıları da mübarizə aparıblar. Atletlər uzunluğa tullanma, hündürlüyə tullanma, qaçış, maneəli qaçış, estafet qaçışı, nüvə itələmə, disk atma və nizəatma yarışlarında mübarizə aparıblar.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan Atletika Federasiyasının yarışa qatılan 5 idmançısından ikisi – istedadlı atletlərimiz Aysu Abbasova və Əmrah Nağıyev gözləntiləri doğruldaraq mükafatçılar sırasına düşməyi bacarıblar. 

Əmrah Nağıyev  1500 metr və 3000 metr məsafələr üzrə ikinci olub. Cəmi 14 yaşı olmasına baxmayaraq böyüklərlə mübarizədən çəkinməyən Aysu isə 1500 metr məsafədə üçüncü, 3000 metr məsafədə ikinci yerə sahib çıxıb. Nəticədə Naxçıvan təmsilçiləri yarışı ümumilikdə 3 gümüş və 1 bürünc medalla tamamlayıb.

Qeyd edək ki, 2023-cü ildə göstərdiyi nəticələr və gələcək perspektivləri nəzərə alınmaqla atletlərimiz Aysu Abbasovaya (2 qızıl, 5 gümüş və 3 bürünc) və Onur Bayramova (1 gümüş) Azərbaycan Atletika Federasiyasının fərdi təqaüdü təyin olunub. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM