Artıq Türkiyənin Ağrı vilayətində zəlzələ qurbanlarına mənəvi dəstək məqsədli keçirilən “UYAFA AĞRI DAĞI CUP 2023” futbol turnirinin 4-cü günüdür.
Naxçıvan televiziyası xəbər verir ki, bu gün Araz-Naxçıvanın 13 yaşlılardan ibarət komandası Osmaniyyə komandası ilə qrup oyunu keçirib. Araz-Naxçıvanın 13 yaşlılardan ibarət komandası Osmaniyyə komandasına 1:0 hesabı ilə qalib gəlib.
Oyunda yeganə qolu Abbas Əkbərli vurub.
