satellite   Azerspace-1: 11135 H 30000

“Avro-2024”: Püşkatmada birinci səbətin tərkibi dəqiqləşib

“Avro-2024”: Püşkatmada birinci səbətin tərkibi dəqiqləşib

“Avro-2024”ün seçmə mərhələsinin püşkatma mərasiminə birinci səbətdən qatılacaq komandalar dəqiqləşib.

Naxçıvan televiziyası xəbər verir ki, əsas qrupun tərkibi seçmə mərhələnin ötən gün keçirilən matçlarından sonra rəsmiləşib.

Birinci səbətdə ev sahibi Almaniya ilə yanaşı, Portuqaliya, Fransa, Belçika, İngiltərə və İspaniya yığmaları yer alıblar.

Türkiyə millisinin hansı səbətə düşəcəyi isə Uelslə oyunun nəticəsindən asılı olacaq. “Ay-ulduzlular” qrup liderliyini qoruyub saxlaya bilsələr, püşkatmaya ikinci, əks halda üçüncü səbətdən qoşulacaqlar.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi dekabrın 2-də Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM