satellite   Azerspace-1: 11135 H 30000

UEFA Polşa millisinin futbolçusunu dopinqə görə diskvalifikasiya edib

UEFA Polşa millisinin futbolçusunu dopinqə görə diskvalifikasiya edib

UEFA “Lex”in və Polşa milli komandasının müdafiəçisi Bartoş Salamonu səkkiz aylığına diskvalifikasiya edib.

Naxçıvan televiziyası klubun rəsmi saytına istinadən xəbər verir ki, futbolçu antidopinq qaydalarını pozub.

“Poznanın “Lex”i UEFA-dan Bartoş Salamonu 8 ay müddətinə diskvalifikasiya etmək qərarı alıb. Cərimə 2023-cü il aprelin 13-dən uzadılacaq diskvalifikasiyanı da əhatə edib. Bu o deməkdir ki, oyunçu 13 dekabr 2023-cü il tarixində keçiriləcək oyunlara qayıda biləcək”, – klubun bəyanatında bildirilib.

32 yaşlı Salamon “Lex”in yetirməsidir, lakin əsas komandada debütünü yalnız 2021-ci ildə edib. 2007-2019-cu illərdə müdafiəçi İtaliyada çıxış edib. O, “Breşia”, “Milan”, “Sampdoria”, “Kalyari” və SPAL kimi klubların formasını geyinib. Salamon ötən mövsüm Polşanın “Ekstraklasa”sında 12 oyun keçirib.

Salamon 2013-cü ildən Polşa millisinə çağırılıb. Müdafiəçi millidə 11 oyun keçirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM