satellite   Azerspace-1: 11135 H 30000

Messi XXI əsrin ən yaxşı futbolçusu hesab edilib

Messi XXI əsrin ən yaxşı futbolçusu hesab edilib

“FourFourTwo” nəşri XXI əsrin ən yaxşı futbolçularının siyahısını açıqlayıb.

Naxçıvan televiziyası xəbər verir ki, ABŞ-nin "İnter Mayami" klubunun və Argentina millisinin hücumçusu Lionel Messi birinci pillədə göstərilib.

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" komandasında çıxış edən portuqaliyalı Kriştianu Ronaldu ikinci, İspaniya millisinin və "Barselona"nın sabiq yarımmüdafiəçisi Andres İnyesta üçüncü olub.

Ümumilikdə siyahıya 100 oyunçu daxil edilib. İspaniyalı Xavi, braziliyalı Ronaldinyo, fransalı Zinəddin Zidan, Tyerri Anri, almaniyalı Manuel Noyer, braziliyalı Kaka və uruqvaylı Luis Suares ilk "10-luq"da yer alıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM