satellite   Azerspace-1: 11135 H 30000

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u məğlub edərək üçüncü pilləyə yüksəlib

Premyer Liqa: "Neftçi" "Turan Tovuz"u məğlub edərək üçüncü pilləyə yüksəlib

Futbol üzrə Azərbaycan Premyer Liqasında XVI tura yekun vurulub.

 

Naxçıvan televiziyası-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" "Turan Tovuz"u qəbul edib.

 

Qarşılaşma "ağ-qaralar"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Paytaxt təmsilçisində 5-ci dəqiqədə Filip Ozobiç, 56-cı dəqiqədə Rəhman Hacıyev, 73-cü dəqiqədə Aaron Olanare fərqlənib. Bölgə klubunda qolları 8-ci dəqiqədə Roderik Miller, 59-cu dəqiqədə Otto Con vurub.

 

Bu nəticədən sonra xallarının sayını 25-ə çatdıran "Neftçi" üçüncü pilləyə yüksəlib. "Turan Tovuz" 16 xalla 8-ci sıradadır.

 

Qeyd edək ki, günün ilk görüşündə "Sabah" "Səbail"i dörd cavabsız qolla üstələyib. Turun əvvəlki oyunlarında "Qarabağ" "Sumqayıt"ı (6:1), "Kəpəz" "Qəbələ"ni (3:0) səfərdə məğlub edib. "Zirə" - "Araz-Naxçıvan" matçında isə hesab açılmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM