satellite   Azerspace-1: 11135 H 30000

"Bavariya"nın futbolçusu 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq

"Bavariya"nın futbolçusu 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq

Almaniyanın "Bavariya" klubunun futbolçusu Serj Qnabri 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq.

Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir ki, buna 28 yaşlı yarımmüdafiəçinin "Ayntraxt"a 1:5 hesabı ilə uduzduqları Bundesliqa matçında zədələnməsi səbəb olub.

66-cı dəqiqədə oyuna qoşulan futbolçu iki dəqiqə sonra rəqiblə toqquşduqdan sonra meydanı tərk edib.

Bu, almaniyalı futbolçunun cari mövsümdə ilk zədəsi deyil. O, daha əvvəl də bir neçə qarşılaşmanı buraxıb.

Qeyd edək ki, Serj Qnabri cari mövsüm Bundesliqada 5 matçda iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM