satellite   Azerspace-1: 11135 H 30000

Yunanıstandakı futbol matçları iki ay azarkeşsiz keçiriləcək

Yunanıstandakı futbol matçları iki ay azarkeşsiz keçiriləcək

Futbol üzrə Yunanıstan çempionatının oyunları 2024-cü il fevralın 12-dək azarkeşsiz keçiriləcək.

Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Yunanıstan hökumətinin sözçüsü Pavlos Marinakis brifinqdə məlumat verib.

Qərar ölkədə azarkeş qruplarının zorakılığı dayandırması məqsədi ilə qəbul edilib.

Qeyd edək ki, ötən həftə Afinada voleybol matçı zamanı 150 fanatla polislər arasında qarşıdurma yaşanıb. Nəticədə hüquq-mühafizə orqanlarının əməkdaşlarından biri ağır yaralanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM