satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan ağırlıqqaldıranı Qran-pri yarışında 365 kq nəticə göstərib

Azərbaycan ağırlıqqaldıranı Qran-pri yarışında 365 kq nəticə göstərib

Azərbaycan idmançısı Əli Şükürlü Qətərin paytaxtı Dohada keçirilən Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının II Qran-pri yarışında çıxış edib.

Naxçıvan televiziyası xəbər verir ki, o, 102 kq çəki dərəcəsi üzrə B qrupunda qüvvəsini sınayıb.

Atlet toplam 365 (165+200) kq nəticə göstərib. Ə.Şükürlünün yekun sıralamada tutduğu yer A qrupunda çıxışlar bitəndən sonra bilinəcək.

Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 70-dən çox ölkədən 382 (176 qadın + 206 kişi) atlet iştirak edir.

Qeyd edək ki, II Qran-priyə dekabrın 18-də yekun vurulacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM